Yevlax rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb.
1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az