Türkiyə televiziya tarixinin ən uzunömürlü layihələrindən biri olan "Arka Sokaklar" serialı növbəti mövsüm fasiləsinə hazırlaşır.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, uzun illərdir tamaşaçıların marağını qoruyan ekran işinin yayımına 751-ci seriya ilə qısa müddətlik ara veriləcək.
Artıq 20 ilə yaxındır efirdə olan serial hər mövsüm olduğu kimi bu dəfə də yay aylarında fasiləyə çıxacaq və yeni bölümlərlə geri dönməsi gözlənilir.
Layihənin əsas obrazlarını canlandıran aktyor heyətinə Zafer Ergin (Rıza Soylu), Özgür Ozan (Hüsnü Çoban), Şevket Çoruh (Mesut Güneri) və Oya Okar (Selin) daxildir. Serial cinayət hadisələrini və polis əməkdaşlarının gündəlik həyatını əks etdirməsi ilə məşhurdur.
Hüseyn
Milli.Az