Məşhur müğənni var-yoxunu satıb kəndinə yatırım etdi: 500 nəfərlik iş yeri - FOTO

29 Aprel 2026 00:47

Məşhur türkiyəli müğənni Berdan Mardini sənət dünyasındakı uğurlarını doğulub boya-başa çatdığı torpaqlara qaytarmaq üçün böyük bir addım atıb. O, bütün var-dövlətini - evlərini və avtomobillərini sataraq Mardindəki 78 evli kəndində 10 milyon dollarlıq nəhəng bir istehsal müəssisəsi qurub.

Milli.Az xəbər verir ki, Berdan Mardini 2016-cı ildə başladığı bu layihə üçün ətrafındakıların "sən dəlisən?" deməsinə baxmayaraq, bütün şəxsi əmlakını fəda etdiyini bildirib. Layihənin əsas məqsədi Mezopotamiya torpaqlarında kənd təsərrüfatı və sənayeni birləşdirməkdir.

Qurulan fabrikdə Mezopotamiyanın qədim "Rosa Damascena" (Dəməşq qızılgülü) güllərindən istifadə olunur. Müəssisədə aşağıdakı məhsullar hazırlanır:

Qızılgül yağı

Qızılgüllü ətirlər

Qızılgüllü limonad

Makaron (şirniyyat)

Mardini bu investisiyanın sadəcə qazanc məqsədli olmadığını, əsasən sosial layihə xarakteri daşıdığını vurğulayıb.

Layihədə qadın işçilərin istihdamına xüsusi önəm verilir.

İnsanların öz torpaqlarında iş taparaq xoşbəxt yaşaması və böyük şəhərlərə köçməməsi hədəflənir.

Layihə tam gücü ilə işlədikdə bölgədə 450-500 nəfər işlə təmin olunacaq.

Lalə Qüdrətova
Milli.Az