Müğənni İlqar Xəyal verilişlərə çıxmamasının səbəbini açıqlayıb.
Milli.Az xəbər verir ki, "Afaqla 10lar" proqramında qonaq olan ifaçı yazılan tənqidi şərhlərə görə verilişlərdən uzaq qaldığını bildirib:
"Cəmiyyət müzakirə etməyi sevən olub: kişili, qadınlı. Günahkarsan ki, hansısa sözü deyəsən, dərhal müzakirə olunur. Verilişdən cümlə kəsib qoyurlar, başlayırlar yazmağa. Özümdən gedənəm. Həyatımı elə şərəflə yaşamışam ki, kimsə gözün üstə qaşın var deməsin. Xalqın sənətçiyə olan münasibəti bizi maraqlandırmaya bilməz. Hansısa bir sözüm, cümləm, hərəkətim... Müzakirələrdən uzaq olmağa çalışıram. Mənim o şərhləri görəndə təzyiqim qalxır, stres keçirir, panik-atak oluram. Çalışıram uzaq olum. Qadınların işi yoxdu, evdə oturub yazırlar. Bu, kişilərin bəs işi yoxdur? Onlar da rəy yazır. Minin içində biri olsa da ürək bulanır. Gedib oturmuşam Pirşağı kəndində". (Axşam.az)
Milli.Az