"Fənərbağça"da yeni baş məşqçi postuna iki iddialı ad gündəmdə

28 Aprel 2026 18:26

"Fənərbağça" klubunun dünən istefaya göndərdiyi baş məşqçi Domeniko Tedeskonun yerinə əsas namizədlər müəyyənləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klubu mövsümün sonuna qədər Zeki Murat Göle çalışdıracağı deyilsə də, rəhbərlik bu posta Aykut Kocaman və ya İsmayıl Kartalı gətirmək niyyətindədir.

Bildirilir ki, hər iki mütəxəssis bu məsuliyyətli vəzifəni qəbul etməyə tam hazırdır.

Bununla belə, "Fənərbağça" rəhbərliyinin qısa müddət ərzində yeni seçki təqvimini açıqlayacağı və baş məşqçi təyinatı ilə bağlı qəti qərarı yeni seçiləcək idarə heyətinə buraxacağı qeyd olunub.

Milli.Az