Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, şiddətli qarın ağrısı, şişkinlik, qusma və nəcis ifrazının dayanması kimi hallar bağırsaq problemlərindən xəbər verə bilər. Eyni zamanda, ağrının dözülməz olması və hərəkəti çətinləşdirməsi daha ciddi iltihabi vəziyyətlərin göstəricisi sayılır.
Bundan əlavə, nəcisdə qan müşahidə olunması və ya qarında dartılma hissi də təhlükəli siqnallar arasında yer alır. Həkimlər bu kimi simptomlar zamanı vaxt itirmədən tibbi yardıma müraciət etməyi tövsiyə edirlər.
Asya
Milli.Az