“Mihrimah”ın 12 illik evliliyi bitdi - FOTO

28 Aprel 2026 15:46

Türkiyəli aktrisa Pelin Karahan və həyat yoldaşı Bedri Güntay 12 illik evliliklərinə son qoyublar.

Milli.Az xəbər verir ki, cütlüyün boşanma prosesi tək bir məhkəmə iclasında başa çatıb.

Məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında ayrılıb və hüquqi proses İstanbulda qısa müddətdə yekunlaşıb. İki övladı olan cütlük boşanmadan sonra sosial mediada birgə açıqlama yayıb.

Açıqlamada qarşılıqlı hörmətin qorunduğu, uşaqlarının rifahının əsas prioritet olduğu və valideynlik məsuliyyətlərini birlikdə davam etdirəcəkləri bildirilib. Həmçinin şəxsi həyatlarına hörmətlə yanaşılması üçün ictimaiyyətə çağırış edilib.

Fidan
Milli.Az