Universitetdəki yanğında bütün şəxslər təxliyə EDİLİB - YENİLƏNİB

28 Aprel 2026 15:34

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Memarlıq və İnşaat Universitetinin Mətbuat xidimətinin rəhbəri Nicat Abdullayev bildirib.

Onun sözlərinə görə, universitetin binasına tüstü yayılıb: "Ona görə binadakı bütün tələbələr, əməkdaşlar və müəllimlər təxliyə olunub. Yanğın Fövqaladə Hallar Nazirliyinin yağınsöndürmə birqadaları tərəfindən söndürülüb, ərazi tamamilə nəzarətə götürülüb. Yanğın zamanı xəsarət alan olmayıb".

Milli.Az

___________

Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, universitetin həyətində taxta tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.

Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, Universitetin bir hissəsində yanğın baş verib.

"Tələbələrdən xəsarət alan yoxdur". - məlumatda qeyd olunub.

Milli.Az