Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində baş verən yanğında ölənlərin sayı artıb.
Milli.Az xəbər verir ki, yanğında ölənlərin sayı 8-ə çatıb.
Milli.Az
__________
Rusiyanın paytaxtı Moskvada tikilməkdə olan binada baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, daha 12 nəfər xəsarət alıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Moskva üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən bildirilib ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsi (tikinti və ya digər işlər aparılarkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümü) üzrə cinayət işi başlanıb.
Milli.Az
______________
Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində baş verən yanğında ölənlərin sayı 5-ə çatıb.
Milli.Az xəbər verir ki, 31 nəfər xilas edilib.
Milli.Az
_____________
Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində yanğın baş verib.
Milli.Az xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanan binanın içərisində 200-ə qədər insan ola bilər.
Hazırda 21 nəfərin xilas edildiyi bildirilib.
Operativ xidmətlər yanğının yayıldığını bildirir./Apa
Milli.Az