Verilişi bağlanan Elgiz belə görüntüləndi

28 Aprel 2026 15:09

Bir müddət əvvəl verilişi bağlanan Elgiz Əkbər ictimaiyyət arasında görüntülənib.

Milli.Az xəbər verir ki, aparıcı Xalq artisti Naibə Allahverdiyevanın qızının toy məclisində iştirak edib.

Mərasim paytaxtın dəbdəbəli şadlıq məkanlarından birində baş tutub.

Elgiz Əkbərin ARB-də yayımlanan "Elgizlə izlə" verilişi bu ilin fevral ayında bağlanıb. Aparıcının televiziya layihəsinin bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. /Yeni Sabah

Milli.Az