Kolumbiya hökuməti prezidentliyə müxalif namizəd Paloma Valensiya ona qarşı hazırlanmış sui-qəsd planı barədə məlumat verib.
Milli.Az xəbər verir ki, siyasətçi jurnalistlərə açıqlamasında müdafiə naziri, daxili işlər naziri və milli polis rəhbərinin onu xəbərdar etdiyini bildirib.
Onun sözlərinə görə, narkoterrorçu qruplaşma yenidən onun başına mükafat təyin edib.
Paloma Valensiya qeyd edib ki, hakimiyyət bu məlumatı ictimaiyyətə açıqlamasına icazə verib. O iddia edib ki, sui-qəsdi vaxtilə ləğv olunmuş Revolutionary Armed Forces of Colombia təşkilatının keçmiş üzvlərindən ibarət qruplaşmalardan biri sifariş edib. Siyasətçinin sözlərinə görə, "Buçetula" ləqəbli şəxsə onu öldürmək üçün 2 milyard peso, yəni təxminən 560 min dollar vəd edilib.
Məlumata görə, Paloma Valensiya keçmiş prezident Alvaro Uribe tərəfindən yaradılmış Democratic Center partiyasının rəhbərlik etdiyi sağ alyansdan namizəddir və rəy sorğularında populyarlığa görə 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Kolumbiyada növbəti prezident seçkiləri 31 may tarixində keçiriləcək.
Ayxan
Milli.Az