Ən acgöz qadınlar bu BÜRCLƏRDƏNDİR: Nə qədər xərcləsəniz, onlar üçün AZDIR

3 May 2026 09:53

Astroloqlar bürclər arasında ən çox xərcləməyi sevən və maddi məsələlərdə daha tələbkar olan qadınların siyahısını açıqlayıb.

Milli.Az xəbər verir ki, Astrologiya üzrə aparılan müşahidələrə görə, bəzi bürc nümayəndələri üçün nə qədər vəsait xərclənsə belə, bu heç vaxt kifayət etmir.

Mütəxəssislərin fikrincə, xüsusilə Şir, Buğa və Tərəzi bürcündən olan qadınlar lüksə və komforta daha çox önəm verir. Onlar keyfiyyətli həyat tərzi sürmək istədikləri üçün həm özlərinə, həm də ətrafındakılara qarşı yüksək gözləntilər irəli sürürlər.

Astroloqlar bildirir ki, bu bürclərin nümayəndələri üçün maddi təminat sadəcə ehtiyac deyil, həm də həyatın zövqünü çıxarmaq vasitəsidir. Bu səbəbdən onlar üçün edilən xərclər çox vaxt "az" kimi qiymətləndirilir.

Bununla belə, ekspertlər vurğulayır ki, hər bir insanın xərcləmə vərdişləri yalnız bürclə bağlı deyil, eyni zamanda şəxsi xarakter, tərbiyə və həyat şəraitindən də asılıdır.

Musa
Milli.Az