Toğrul Əliyev rəis təyin edildi

28 Aprel 2026 13:56

"Bakı Metropoliteni" QSC-də yeni təyinat olub.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Toğrul Əliyev QSC-nin Mərkəzləşdirilmiş dispetçer xidmətinin rəisi təyin edilib.

Məlumatı "Bakı Metropoliteni" QSC-dən təsdiqləyiblər.

Qeyd edək ki, T.Əliyev bu təyinatadək QSC-nin Hərəkət xidmətinin rəis müavini vəzifəsində çalışıb. O, bu ilin yanvarınadək isə "Azərbaycan Dəmir Yolları" QSC-də Yük əməliyyatları xidmətinin rəisi vəzifəsində işləyib.

Milli.Az