Abşeron və Xırdalanda kanalizasiya xətləri təmir ediləcək

28 Aprel 2026 13:02

Abşeron rayonu və Xırdalan şəhəri ərazisində içməli, kanalizasiya və yağış sularının axıdılması sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması üçün tədbirlər görüləcək.

Milli.Az xəbər verir ki, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.

Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tapşırılıb./Trend.Az

Milli.Az