Türkiyəli məşhur aktyor Barış Arduç son dövrlərdə həm uğurlu layihələri, həm də şəxsi həyatı ilə gündəmdə qalmağa davam edir.
Milli.Az xəbər verir ki, karyerasında yüksəlişi ilə diqqət çəkən aktyor iştirak etdiyi ekran işlərindəki performansı ilə tez-tez tərif olunur. Şəxsi həyatı da media və pərəstişkarlar tərəfindən maraqla izlənilir.
Məlumata görə, Arduç məşhurlaşmadan əvvəl 8 il müddətində Şiledə xilasedici kimi fəaliyyət göstərib. Aktyor bir müsahibəsində bu dövrdə yüzlərlə insanın həyatını xilas etdiyini bildirib.
Hazırda həm yeni layihələri, həm də ailə həyatı ilə diqqət mərkəzində olan Barış Arduçun karyerası pərəstişkarları tərəfindən yaxından izlənilir.
Fidan
Milli.Az