Bakıda 4 rayonda istinad divarları tikiləcək

28 Aprel 2026 12:23

Bakının 4 rayonunda sel və daşqınların təhlükəsizliyi ilə əlaqədər istinad divarları tikiləcək.

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı əlavə edilib.

Sərəncamda qeyd edilib ki, istinad divarları Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında tikiləcək.

Milli.Az