39 yaşlı qadın faciəvi şəkildə ÖLDÜ

28 Aprel 2026 12:03

İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, Qızılkənd kənd sakini 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Milli.Az