ABŞ-də maraqlı hadisə: Protokol pozuldu

28 Aprel 2026 13:05

Böyük Britaniya Kralı Charles III-ın ABŞ-yə səfəri zamanı diqqətçəkən bir məqam yaşanıb.

Milli.Az xəbər verir ki, rəsmi qarşılanma mərasimində ABŞ Prezidenti Donald Trump protokol qaydalarından kənara çıxaraq kralın çiyninə toxunub.

Məlumata görə, kral etiketi yazılmamış qaydalara əsasən monarxla fiziki təmasın qarşı tərəfin təşəbbüsü ilə edilməsini uyğun saymır. Buna baxmayaraq, Tramp bu addımı sadəcə nəzakət jesti kimi atıb.

Qeyd edək ki, kral Charles III həyat yoldaşı Camilla ilə birlikdə ABŞ-də bir neçə günlük rəsmi səfərdə olub. 

Asya
Milli.Az