“Azparkinq”in yeri özəlləşdirilib - İDDİA

28 Aprel 2026 10:37

Bakı şəhəri, Xətai rayonunda fəaliyyət göstərən restoranın  önündə "Azparking"ə məxsus ərazinin zəbt olunduğu iddia olunur.

Milli.Az-a göndərilən görüntülərdən məlum olur ki,  Xətai rayonunda "Court" restoranının önündə parkinq yeri zəbt olunub. 

Qanunvericiliyə görə isə, parkinq yerlərinin zəbt olunması və digər şəxslər üçün maneələrin qoyulması qadağandır. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentiyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən yer şəxsi mülkiyyətdə olduğu üçün ərazidə ödənişli parklanma məntəqəsi təşkil edilməyib.

Həmin görüntüləri təqdim edirik:

Mina Mikayılova
Milli.Az