"Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqəsinin mövcud olub-olmaması aidiyyəti dövlət orqanları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemləri vasitəsilə yoxlanılır.
Bəzi hallarda bu məlumatların informasiya sistemi üzərindən əldə edilməsi mümkün olmaya bilər. Belə vəziyyətdə nikaha daxil olmaq istəyən şəxslər özlərinin və valideynlərinin doğum haqqında şəhadətnamələrinin surətlərini nikah barədə ərizəyə əlavə etməlidirlər".
Vəkil qeyd edib ki, əgər həmin sənədlər itirilibsə, vətəndaş elektron qaydada və ya kağız daşıyıcıda qeydiyyat şöbəsinə müraciət edərək sənədin dublikatını əldə edə bilər. Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aşkar edilmədiyi halda isə vətəndaşa rəsmi imtina məktubu təqdim olunur. Bu halda şəxsin hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır.
Aysel Əkbər
Milli.Az