"Çelsi"nin yeni baş məşqçisi postuna iddialı namizədlərin siyahısı məlum olub.
Milli.Az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi bir neçə tanınmış mütəxəssisi nəzərdən keçirir.
Əsas namizədlər sırasında "Bornmut"un çalışdırıcısı Andoni İraola, "Fulhem"in baş məşqçisi Marko Silva və "Real Madrid"dən ayrıldıqdan sonra hazırda klubsuz olan Xabi Alonso yer alırlar.
Bundan əlavə, klub rəhbərliyinin diqqət mərkəzində daha iki mütəxəssis var. Hazırda "Portu"ya rəhbərlik edən Françesko Farioli və "Komo"nun "sükanı arxasında" olan, həmçinin "Çelsi"nin keçmiş ulduzu kimi tanınan Sesk Fabreqasın da adları bu vəzifə ilə hallanır.
Xatırladaq ki, "zadəganlar" ötən həftə Liyam Rosenyoru baş məşqçi postundan uzaqlaşdırıb.
Milli.Az