Təyyarədə körpə doğuldu - FOTO

28 Aprel 2026 10:09

ABŞ-da "Delta Air Lines" aviaşirkətinə məxsus təyyarədə qeyri-adi hadisə baş verib.

Milli.Az xəbər verir ki, Atlanta-Portland reysi zamanı sərnişin "Ashley Blair" təyyarə eniş etməzdən az əvvəl uşaq dünyaya gətirib.

Uçuşda təsadüfən olan iki təcili yardım işçisi doğuşa kömək edib. Onlar tibbi avadanlıq olmadığından sərnişinlərdən götürülən örtüklərdən və ayaqqabı bağı ilə göbək bağını kəsərək doğuşu həyata keçiriblər.

Körpənin və ananın vəziyyətinin yaxşı olduğu bildirilir. Təyyarə eniş etdikdən sonra onlar xəstəxanaya aparılıb.

Milli.Az