Aktyor və aparıcı Elcan Rəsulov toy məclislərində verilən şabaşla bağlı diqqətçəkən fikirlər səsləndirib.
Milli.Az xəbər verir ki, sənətçi şabaşın düzgün qazanc hesab olunmadığını bildirib. Onun sözlərinə görə, bu pullar əsasən sərxoş vəziyyətdə olan şəxslər tərəfindən verilir və həmin an insanlar nə etdiklərinin fərqində olmurlar.
Aktyor qeyd edib ki, içkili şəxs eyni ifaya dəfələrlə pul verə bilər, çünki vəziyyətini tam dərk etmir. Halbuki ayıq olan insan eyni məzmunun təkrarlandığını anlayaraq buna reaksiya verər.
Elcan Rəsulov əlavə edib ki, şabaş üzərində qurulan qazanc uzunmüddətli uğur gətirmir. Onun fikrincə, bu yolla tanınan bəzi ifaçıların sonrakı taleyi də bunu göstərir və onların bir çoxu maddi çətinliklərlə üzləşir və ya faciəli həyat yaşayır:
"Şabaş pulu ilə yüksələn meyxana deyənlərin sonuna baxın: kasıblayıb ölən, faciəli şəkildə ölənlər".
Səsləndirilən bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az