Həmin piyadanı vuran şəxs futbolçu imiş - VİDEO - FOTO

27 Aprel 2026 23:47

Xəbər verdiyimiz kimi, "Koroğlu" metrostansiyasının qarşısında piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, piyada məsuliyyətsizliyi ucbatından baş verən qəzadan sonra qadının həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən şəxsin MOİK-in futbolçusu İbrahim Novruzov olduğu bildirilir.

Əldə etdiyimiz məlumata görə, gənc futbolçu yeni ailə qurubmuş.

Milli.Az