Hökməli və Qobu qəsəbələrinin sakinləri iddia edirlər ki, əvvəllər qrafiklə verilən suyun gəlişi 10 gündür ki, dayanıb.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, Hökməli dairəsi adlanan ərazidə su olduğu halda qəsəbənin özü suya həsrət qalıb.
"Maşınları Hökməli darəsində doldurub gətirib camaata pul ilə satırlar", - deyə sakinlərdən biri əlavə edib.
Suyun günlərlə verilməməsi bir yana, sakinlər əraziyə gələn su maşınlarının da qiymətinin artdığından şikayətçidir:
"Maşınla suyun tonunu 10 manata gətirirlər. Geniş ailədi, bunu çatdırıb almaq lazımdır. Satan heç olmasa insafla satmır ki, gedib alaq. Qonşu qadın gəlib ki, uşaqlara çay qoymağa suyum yoxdur".
ADSEA-dan məsələ ilə bağlı bildirilib ki, ərazini qidalandıran su kəmərində qəza baş verib:
"Hazırda təmir işləri aparılır. İşlər tezliklə yekunlaşdırılacaq və ünvanlar üzrə suyun verilişi əvvəlki qrafikə uyğun bərpa ediləcək".
Daha ətraflı İTV-nin süjetində:
Milli.Az