“Aleynanı əllərimlə öldürdüm”

27 Aprel 2026 19:51

Məşhur türk müğənni Aleyna Tilki şəxsi dəyişimi ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Milli.Az xəbər verir ki, "Sen Olsan Bari", "Nasılsın Aşkta?", "Ayrı Gitme", "Başıma Belasın", "Yalan" kimi mahnıları ilə yaddaşlarda iz qoyan Tilki, Kipr səhnəsindən əvvəl mətbuat nümayəndələri ilə söhbət edib:

"Əvvəl məndən gözlənilən şeyləri edirdim. Artıq məndən gözlədikləri heçnəyi danışmıram və etmirəm. Mediaya material vermirəm. Çünki insanlar artıq başqa tərəflərimi danışsın istəyirəm."

Müğənni köhnə imici ilə vidalaşdığını da bildirib: "Keçmiş Aleynanı öz əllərimlə öldürdüm. Yeni bir Aleyna yaratmağa çalışıram. Karyerasına bu gün başlamış bir sənətçi kimi hiss edirəm." (olay)

Milli.Az