İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir

27 Aprel 2026 19:24

Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı söyləyib.

Əslində, məzənnənin dəyişməz olaraq qaldığını, 2017-ci ildən etibarən bir dolların 1,7 manat təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Düşünürəm ki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir".

Milli.Az