Bu gecədən hərəkət məhdudlaşdırılır

27 Aprel 2026 18:02

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (Ulduz metro stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunub.

Milli.Az