4 günlük iş həftəsi gerçəyə çevrilir?

27 Aprel 2026 20:10

Robot texnologiyalarında yeni mərhələ başlayır. Artıq robotlarda diqqət yalnız hərəkətə yox, "hiss etmə" qabiliyyətinə yönəlib.

Milli.Az xəbər verir ki, "Optimus", XPENG və "Figure" kimi yeni nəsil robotlar elektron dəri sayəsində toxunuşu hiss edə, səthləri ayırd edə və çox həssas hərəkətlər edə bilir. Bu texnologiyanın yaxın illərdə milyardlarla dollarlıq bazara çevriləcəyi gözlənilir.

Eyni zamanda Sam Altman süni intellektin iqtisadiyyata ciddi təsir göstərəcəyini bildirir. Onun fikrincə, AI və robotlar insanların gördüyü işləri əvəz etdikcə mövcud iqtisadi model dəyişə bilər. Bu isə gəlirlərin az sayda insanın əlində cəmlənməsi riskini artırır.

Altman bu səbəbdən robot vergisi, 4 günlük iş həftəsi və texnologiya gəlirlərinin cəmiyyətə paylanması kimi təkliflər irəli sürür. O, həmçinin gələcəkdə süni intellektin nəzarətdən çıxma ehtimalına qarşı xüsusi təhlükəsizlik mexanizmlərinin də lazım ola biləcəyini vurğulayır. 

Asya
Milli.Az