Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə MSK-nın sədri, sədr müavini və katiblərinin seçilməsinə dair məsələ daxil edilib.
Məzahir Pənahov səsvermə yolu ilə yenidən MSK-nın sədri seçilib.
O, Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.
Qeyd edək ki, Məzahir Pənahov 2000-ci il mayın 19-dan MSK-nın sədri vəzifəsindədir.
Bundan başqa, Rövzət Qasımov da yenidən MSK sədrinin müavini seçilib.
O, Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.
Milli.Az