Müğənni Afət Fərmanqızı yeni aldığı bahalı avtomobillə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi son model "Range Rover markalı maşını ilə çəkilmiş görüntülərini sosial şəbəkədə paylaşıb. Görüntüdə onun həyat yoldaşı da yer alıb. Paylaşım qısa zamanda izləyicilərin diqqətini cəlb edib və geniş müzakirələrə səbəb olub.
İfaçı bu lüks avtomobili özünə hədiyyə edib. Yeni maşınını təqdim edən ifaçı həm də xoşbəxt anlarını izləyiciləri ilə bölüşüb.
Musa
Milli.Az