"Mən təcavüzkar deyiləm, heç kimə qarşı zorakılıq etməmişəm".
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "CBS News" telekanalına verdiyi müsahibədə ona qarşı səsləndirilən ittihamlara münasibət bildirib.
O, təcavüzkar və zorakılıqla bağlı iddiaları rədd edərək belə halların onunla əlaqəsi olmadığını vurğulayıb. Tramp bunları "əsassız iddialar" adlandırıb.
Prezident həmçinin təhlükəsizlik xidmətinin hadisə zamanı operativ və peşəkar şəkildə hərəkət etdiyini deyib. Onun sözlərinə görə, hücum edən şəxs tez bir zamanda zərərsizləşdirilib.
Tramp əlavə edib ki, təxliyə zamanı vəziyyəti izləmək üçün bir qədər prosesi yubatmalı olub və həmin anda təhlükəsizlik əməkdaşları ilə birlikdə hərəkət etdiyini qeyd edib.
Asya
Milli.Az