Aprelin 27-də Günəşdə yüksək aktivlik müşahidə olunub və iki güclü partlayış qeydə alınıb.
Milli.Az xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, ilk partlayış Moskva vaxtı ilə 01:57-də (Bakı vaxtı ilə 02:57) 4420 nömrəli günəş ləkələri qrupunda baş verib. M6.0 gücündə olan hadisə təxminən 11 dəqiqə davam edib. İkinci partlayış isə saat 09:45-də (Bakı vaxtı ilə 10:45) 4425 qrupunda qeydə alınıb və M1.1 sinfinə aid olub, 23 dəqiqə çəkib.
Qeyd edilib ki, həftəsonu ərzində Günəş ümumilikdə M sinfinə aid 6 partlayışla aktiv olub. Məlumata əsasən, bu cür partlayışlar rentgen şüalanmasının gücünə görə A-dan X-ə qədər siniflərə bölünür və bəzən Yerə təsir edərək maqnit qasırğalarına səbəb ola bilər.