Efirdə Nigarla Kamilə arasında GƏRGİNLİK: "Həmişəki kimi maraqsız danışdı"

27 Aprel 2026 14:15

"Maska" şousunda baş verən dialoq proqramda gərgin anlara səbəb olub.

Milli.Az xəbər verir ki, veriliş zamanı aparıcı Kamilə Babayeva "Cücə" obrazının kimliyini təxmin edərkən radio aparıcı Rəvan Bağırovun adını səsləndirib. Bu versiyaya müğənni Nigar Camal sərt reaksiya verib.

İfaçı aparıcının təxminini "həmişəki kimi maraqsız" sözləri ilə dəyərləndirib. Bu ifadə studiyada gərgin atmosfer yaradıb və aparıcı Kamilə Babayeva buna təəccüblə reaksiya göstərərək "Mənim adım Kamilədir" deyə cavab verib.

Daha sonra Nigar Camal həmin obrazın müğənni olmadığını düşündüyünü bildirib. Kamilə Babayeva isə bu fikrə "Çox maraqlı versiyadır" sözləri ilə münasibət bildirib.

Hadisə veriliş zamanı izləyicilərin də diqqətini çəkib və sosial şəbəkələrdə geniş müzakirə olunub.

Musa
Milli.Az