Türkiyədə bu mövsüm gənə sancmasından ilk ölüm hadisəsi qeydə alınıb. Hadisə Sivas əyalətində baş verib.
Milli.Az DHA-ya istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan 21 yaşlı kişi əvvəlcə yüksək hərarətlə tibbi yardıma müraciət edib. Sonradan vəziyyəti pisləşib.
Xəstənin Sivasdakı xəstəxanaya köçürüldüyü və ona Krım-Konqo hemorragik qızdırması diaqnozu qoyulduğu bildirilir.
Reanimasiya şöbəsində müalicə almasına baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Milli.Az