Türkiyədə dünən keçirilən oyunda "Qalatasaray" "Fənərbağça"nı 3:0 hesabı ilə məğlub etdikdən sonra fənərli azarkeş əsəbiləşərək televizorunu pəncərədən atıb.
Milli.Az xəbər verir ki, qarşılaşma zamanı "Qalatasaray"ın üçüncü qolu vurmasından sonra bir "Fənərbağça" azarkeşi əsəblərinə hakim ola bilməyib.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq minlərlə rəy toplayıb. Futbol həyəcanının bu dərəcədə idarəolunmaz həddə çatması müzakirələrə səbəb olub.
Fidan
Milli.Az