ABŞ-İran danışıqları təxirə düşdü, Pakistan qərar verdi

27 Aprel 2026 11:31

Pakistan hakimiyyəti aprelin 19-da tətbiq edilən və ABŞ-İran danışıqları ilə əlaqədar paytaxt ətrafında qüvvədə olan nəqliyyat məhdudiyyətlərini aradan qaldırıb.

Milli.Az xəbər verir ki, bu barədə "Dawn" qəzeti Pakistanın xarici işlər naziri İshaq Dara istinadən məlumat yayıb.

Bildirilib ki, İslamabad və Ravalpindi sakinlərinə göstərdikləri səbir və əməkdaşlığa görə təşəkkür edilib. Nazir qeyd edib ki, bu addımlar qonaqların təhlükəsizliyinin təmin olunmasına və bölgədə sülh səylərinin davam etdirilməsinə xidmət edir.

Məlumata görə, Nur Xan aviabazası ətrafındakı bəzi ərazilər hələ də bağlı qalır. Daha əvvəl ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçiriləcəyi bildirilmişdi. Lakin sonradan Donald Trump administrasiyası səfəri ləğv edib.

Ayxan
Milli.Az