Ağstafada 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.
Milli.Az xəbər verir ki, Aşağı Kəsəmən kəndində yaşayan, 2010-cu il təvəllüdlü, Nəsir Ayaz oğlu Hüseynov yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vuran zaman cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az