Rusiya sərhədi yaxınlığında güclü zəlzələ

27 Aprel 2026 10:24

Monqolustanın qərbində 6.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, Moskva vaxtı ilə saat 07:23-də (Bakı vaxtı ilə 8:23 - red.) baş vermiş yeraltı təkanların episentri Rusiya-Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustanın Çinlə sərhədindən isə 150 kilometr məsafədə yerləşib.

Məlumata görə, episentrdə seysmik hadisənin intensivliyi MSK-64 şkalası üzrə 9.1 bal olub.

İtki və dağıntı barədə məlumat verilməyib.

Milli.Az