Həmin bığların sahibi danışdı: "QISQANIRLAR" - VİDEO

27 Aprel 2026 09:45

Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda uzun və gur bığları ilə diqqət çəkən Orhan Avcı açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Huzur Partisi" rayon təşkilatının sədri olan Avcı bildirib ki, artıq 20 ildir bığlarını uzadır. Onun sözlərinə görə, bu seçimi hər hansı ideoloji səbəbdən yox, sadəcə özünə yaraşdığı üçün edib.

O, həmçinin qeyd edib ki, görünüşü ilə bağlı sosial şəbəkələrdə müxtəlif reaksiyalar alır: "Məni dəstəkləyən və müsbət rəy yazanlar da var, bığlarımı qısqananlar da".

Hüseyn
Milli.Az