“River Pleyt”dən inanılmaz REKORD - FOTO

27 Aprel 2026 11:30

Argentinanın "River Pleyt" futbol komandası dünya futbolu tarixində nadir rast gəlinən uğura imza atıb. Klubun ev oyunlarında ardıcıl olaraq 105-ci dəfə bütün biletlər tamamilə satılıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Mas Monumental" stadionunda keçirilən sonuncu Superklasikoda da eyni mənzərə yaşanıb. Əzəli rəqib "Boka Xuniors" ilə qarşılaşmanı 85 mindən çox azarkeş canlı izləyib.

Argentinalı fanatların derbi zamanı komandaları üçün hazırladıqları qarşılanma mərasimi və tribunadakı coşqu dünya mediasının diqqət mərkəzində olub. Bu göstərici ilə "River Pleyt" azarkeş sadiqliyi və davamlılıq baxımından rekordunu yeniləməkdə davam edir.

Milli.Az