Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

27 Aprel 2026 03:03

Soyuducular daxildəki istini kənarlaşdırmaq prinsipi ilə işləyir. Cihazın üst və arxa hissələri hava dövranı üçün ən kritik nöqtələrdir.

Milli.Az xəbər verir ki, soyuducunun üst hissəsi əşyalarla (qutular, mətbəx ləvazimatları və s.) örtüldükdə hava axını kəsilir. Bu, cihazın daxili temperaturu qorumaq üçün daha çox güclə işləməsinə səbəb olur. Nəticədə enerji sərfiyyatı artır və bu, elektrik faturalarında özünü qabarıq şəkildə göstərir.

Daimi yüksək istiliyə məruz qalan mühərrik (kompressor) vaxtından əvvəl köhnəlir. Hava dövranı təmin edilməyən soyuducularda mühərrik yanması və ya ciddi texniki nasazlıq riski bir neçə dəfə daha yüksəkdir.

Soyuducunun üstünə qoyulan ağır əşyalar vibrasiya nəticəsində düşə bilər, yanar materiallar isə qızan motorun təsiri ilə yanğın təhlükəsi yarada bilər.

Soyuducunun daha səmərəli işləməsi və uzunömürlü olması üçün ətrafında, xüsusən də üst hissəsində mütləq boşluq saxlanılmalıdır. Bu sadə tənzimləmə ilə həm enerji qənaəti etmiş, həm də cihazınızı qorumuş olarsınız.

Lalə Qüdrətova
Milli.Az