Xəzər dənizində baş verən zəlzələnin maqnitudası yenilənib.
Milli.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Yerli vaxtla saat 21:09-da qeydə alınan zələzələnin maqnitudası 4,3 olub.
Daha əvvəl maqnitudanın 4,2 olduğu açıqlanmışdı.
-----------
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Milli.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 21:09-da qeydə alınan zəlzələnin maqnitudası 4,2 olub.
Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.
Milli.Az