DSX-nin zastava kompleksinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

16 Avqust 2012 14:26
Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz Sərhəd Dəstəsində 4 zastava kompleksinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Trend-in məlumatına görə, açılış mərasimində iştirak edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev zastavalarda əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə, həmçinin zabit ailələrinin yerləşdiyi mənzillərlə tanış olub.

Tədbir çərçivəsində Füzuli rayonunun Böyük Bəhmənli, Bala Bəhmənli, Beyləqan rayonunun Əmirzeydli, İkinci Şahsevən və Xalac kəndlərində yerləşən sərhəd zastavaları açılıb.

Qeyd edək ki, SSRİ dövründə İranla sərhəddə inşa olunmuş bu sərhəd zastavaları uzun illərdən sonra ilk dəfədir əsaslı təmir olunub.

Milli.Az