"Qarabağ"ın yeni hücumçu hədəfi - FOTO

26 Aprel 2026 19:49

"Qarabağ" uzun müddətdir axtarışında olduğu hücumçunu Portuqaliyada tapıb.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisinin heyətinə keçməyə ən real namizədlərdən biri Portuqaliyanın ikinci liqasında çıxış edən "Maritimu"nun ispaniyalı forvardı Adrian Butskedir. Çempionatın bombardirlərindən olan hücumçunun müqaviləsi cari ilin iyunun 30-na qədərdir.

O, cari mövsüm 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mərkəz hücumçusu mövqeyində çıxış edən Butske daha əvvəl "Qranada", "Pasuş de Ferreyra", "Vitoriya Gimaraynş", "Nasyonal" və "Mirandes" kimi klublarda oynayıb. (Azerisport)

Milli.Az