Ronaldonun 41 yaşındakı fitliyinin "ağ" sirri: Aşpazı illərdir gizli qalan detalı açdı - FOTO

26 Aprel 2026 18:49

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun fit bədən quruluşunun sirləri yenidən gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun keçmiş şəxsi aşpazı Giorgio Barone Ronaldonun illərdir etdiyi sərt pəhriz proqramı ilə bağlı açıqlamalar verib.

Baronenin sözlərinə görə, Ronaldonun 41 yaşı olmasına baxmayaraq fiqurasını qoruyub saxlamağa imkan verən pəhrizinin ən diqqətçəkən detallarından biri qidalanmasında südün olmamasıdır.

O qeyd edib ki, Ronaldonun pəhrizinə süd daxil deyil, çünki onu "qeyri-təbii" hesab edir.

"Səhər yeməyində avokado, qəhvə və yumurta yeyir və heç vaxt şəkər istehlak etmir. Qətiyyən", - bildirib.

Ciddi nizam-intizamı ilə tanınan Ronaldonun gündə altı dəfə yüksək proteinli yeməklər qəbul etdiyi, müntəzəm məşq etdiyi və sauna və buz vannaları kimi üsullarla bədən quruluşunu qoruduğu bildirilir.

Milli.Az