Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Cavad xan qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai", "Opel" və "VAZ-2104" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az