Cəlilabadda qəza nəticəsində 7 nəfər xəsarət alıb.
Milli.Az xəbər verir ki, Zopun kəndi ərazisində "Vaz 2106" və "Lada" markalı minik avtomobilləri toqquşub.
Belə ki, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından qayıdan şagirdləri kəndə aparan avtomobil digər kənd sakininin idarə etdiyi avtomobillə toqquşub.
Qəza nəticəsində 7 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az