Malinin müdafiə naziri öldürüldü

26 Aprel 2026 15:36

Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.

Milli.Az xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb

Nəşrin məlumatına görə, nazir aprelin 25-də paytaxt Bamakonun yaxınlığındakı Kati ordu bazasında yerləşən iqamətgahının yaxınlığında partlayıcı maddə ilə dolu yük maşınının partladılması nəticəsində həlak olub. Hələlik bu məlumatla bağlı rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, daha əvvəl ölkə rəsmiləri S.Kamaranın silahlıların hücumu zamanı sağ qaldığını iddia edirdilər.

Milli.Az