ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tədbirin keçirildiyi "Vaşinqton Hilton" otelində 45 il əvvəl keçmiş prezident Ronald Reyqana da hücum edilib.
Milli.Az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
"Sui-qəsd cəhdi 45 il əvvəl, 30 mart 1981-ci ildə baş verib. "Vaşinqton Hilton" otelində çıxışından sonra o vaxtkı ABŞ prezidenti Ronald Reyqan limuzininə gedərkən 25 yaşlı Con Hinkli adlı şəxs ona altı dəfə atəş açıb və nəticədə prezident Reyqan da daxil olmaqla dörd nəfər yaralanıb", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.
Hücum edən şəxsin 31 yaşlı Koul Allen olduğu üzə çıxıb. O, tək hərəkə edib.
Milli.Az